Son aylarda qol-budağı budanan - əksər səlahiyyətləri əlindən alınan, qardaşı parlamentdən uzaqlaşdırılan, biznes subyektləriri bağlanan və ya başqasına dövr edilən və 1 aya yaxındır müəmmalı şəkildə yoxa çıxan nəqliyyat naziri Ziya Məmmədov, xəbər verdiyimiz kimi artıq işinin başına qayıdıb və hətta bölgələrdə qəbullar keçirməyə başlayıb.
AzPolitika.info-nun məlumatına görə, sərəncamı gözlənilərkən “möhtəşəm” geridönüşə imza atan Z.Məmmədov Neftçalda vətəndaşları qəbul edərkən kefi kök görünüb və hətta jurnalistlərlə zarafatlaşmaqdan da qalmayıb. Nazir jurnalistlərə yaxınlaşaraq, “Yazırdınız ki, qaçıb” deyə zarafatlaşıb.
ATV.AZ-a istinadla həmin görüntüləri təqdim edirik:

Şərhlər