Menu

Banqladeşin paytaxtında partlayışlar: ölən və yaralananlar var

24.10.2015, 09:36
Banqladeşin paytaxtında partlayışlar: ölən və yaralananlar var

Banqladeşin paytaxtı Dəkkə şəhərində törədilən bir neçə partlayış nəticəsində azı 1 nəfər ölüb, onlarla insan yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, əldəqayırma bombalar Aşura gününə həsr olunan yürüş zamanı partladılıb.

Polis hadisə yerini əhatəyə alıb. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol