Menu

Səbailin yol polisi rəisi nə üçün işdən çıxarıldı? – İnanılmaz səbəb

26.10.2015, 11:42
Səbailin yol polisi rəisi nə üçün işdən çıxarıldı? – İnanılmaz səbəb

Cəfərovu Bakıda tapmaq mümkün olmurmuş.

Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis mayoru Zaur Cəfərovun işdən çıxarılmasının səbəbi açıqlanıb.

“Report” xəbər verir ki, işdən çıxarılmaya səbəb Z.Cəfərovun ötən bir ilin yarısından çoxunu ölkədən kənarda olmasıdır.

Belə ki, polis mayoru bir ilin təxminən 190 gününü xarici ölkələrdə keçirib. O, xaricə gedərkən əksər hallarda rəhbərliyə məlumat verməyib. Bu səbəbdən də vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Zaur Cəfərov Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun kürəkənidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol