Menu

Əlcəzairdə təyyarə qəzası nəticəsində 103 nəfər ölüb

11.02.2014, 17:37
Əlcəzairdə təyyarə qəzası nəticəsində 103 nəfər ölüb

Əlcəzairdə hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 100-dən çox adam ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qəza ölkənin şərqində, Umm-əl-Bəvaki yaşayış məntəqəsi yaxınlığında baş verib.

Hərbi mənbələrin bildirdiyinə görə, təyyarə Varkale əyalətindən ölkənin şimal-şərqindəki Konstantina şəhərinin aeroportuna gedirmiş.

Öz növbəsində Əlcəzairin “Ən-Nahar” telekanalı aviaqəza nəticəsində 103 nəfərin öldüyü haqda məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol