Menu

Türkiyədə 65 min suriyalı qadın övlad dünyaya gətirib

26.10.2015, 15:28
Türkiyədə 65 min suriyalı qadın övlad dünyaya gətirib

"65 min suriyalı ana öz övladını Türkiyə bayrağı altında dünyaya gətirib".

"Report"un məlumatına görə, bunu Türkiyə KİV-inə açıqlamasında ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlu deyib.

O, Türkiyənin Suriyadan gələn iki milyon qaçqına hər cür tibbi xidmətin göstərildiyini bildirib: "65 min suriyalı ana Türkyə bayrağı altında övlad dünyaya gətirib. İndi Türkiyə torpaqlarında Suriyadan olan ana-ataların 65 min uşağı var. Bu körpələr bizim həkimlərimiz sayəsində, bizim xəstəxanalarda doğuldular. Peyvəndlərini etdik, onları sabaha biz hazırlayırıq. Onları öz vətəndaşlarımıza göstərdiyimiz xidmətlərin heç birindən kənar qoymadıq.

Bu, millətin anlayış gücüdür. Avropanın bundan nümunə götürməsi lazımdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol