Dünya silah bazarında rəqabət son zamanlar xeyli gərginləşib, Rusiyanın müdafiə müəssisələri Qəbin qərəzli konkurensiyası ilə üzləşib.
AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimi Putin bildiribş
Xarici Dövlətlərlə Hərbi-Texniki Əməkdaşlıq Məsələləri üzrə komisiyanın iclasında danışan prezident qeyd edib ki, bu il siyasi motivli sanksiyalar şəraitində Rusiyanın müdafiə müəssisələri ikiqat çəkinlik çəkiblər.
“Rusiya xarici ölkələrlə hərbi-texniki sahədə qarşılıqlı əməkdaşlığı artırmağa davam edir. Şirkətlərimizin sifariş portfeli 50 milyard dolları keçib. Xarici tərəfdaşlar qarşısında öhdəliklərimiz vaxtında və lazımi keyfiyyətlə yerinə yetirilir. Bu il oktyabrın 1-nə kimi çatdırılma planı 70 faiz yerinə yetirilib”, - deyə Putin əlavə edib.


Şərhlər