Menu

Britaniya Rusiya ilə diplomatik münasibətləri dondurub!

26.10.2015, 22:45
Britaniya Rusiya ilə diplomatik münasibətləri dondurub!

Xarici KİV-in məlumatına görə, Böyük Britaniya Rusiya ilə diplomatik münasibətləri dondurub. Bu barədə «The Times»-a müsahibəsində Rusiyanın Londodakı səfiri Aleksandr Yakovenko danışıb («Exo Moskvı»).

Səfir qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdə durğunluq demək olar, bütün səviyyələrdə müşahidə olunur. Yakovenkonun sözlərinə görə, Birləşmiş Krallıq Rusiya ilə münasibətləri dayandırmaq barədə birtərəfli qaydada və öz təşəbbüsü ilə qərar qəbul edib. Qəzetə müsahibəsində diplomat belə bir fikir səsləndirib ki, bu qərar Suriya münaqişəsi səbəbindən qəbul olunub. Ancaq, soyuqluğun ilk əlamətləri hələ Ukrayna münaqişəsindən sonra özünü büruzə verməyə başlayıb.

İki ölkə arasında yüksək səviyyədə siyasi dialoq faktiki olaraq heçə enib. Səfirin sözlərinə görə, ikitərəfli təmasların dəyişmədiyi yeganə müstəvi mədəniyyət sahəsidir. Ticarət, iqtisadiyyat və elmi əməkdaşlıq istiqamətləri üzrə dialoq dondurulub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol