Menu

ATƏT Ukraynadakı seçkiləri demokratik hesab etdi

26.10.2015, 23:39
ATƏT Ukraynadakı seçkiləri demokratik hesab etdi

Ukraynada yerli hakimiyyət orqanlarına ötən bazar keçirilən seçkilər yaxşı təşkil olunmuş və demokratikdir, lakin Kiyev əlavə islahatlar həyata keçirməlidir. Musavat.com-un məlumatına görə, bu barədə ATƏTT-in seçkilərlə bağlı hazırladığı ilkin hesabatda deyilir.

“Seçkilər rəqabətli və ümumən yaxşı təşkil edilmiş olub, demokratik proses əsasən gözlənilib” – sənəddə deyilir.

Bununla belə, müşahidəçilərə görə, seçki prosesinə müxtəlif iqtisadi qruplaşmalar təsir edib, KİV-də isə çoxlu ödənişli materiallar gedib.

Bazar günü seçkilərində vilayət və rayon əhəmiyyətli 358 şəhərin meri, habelə vilayət və rayon sovetlərinin deputatları seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol