Rusiya Müdafiə Nazirliyinin Suriyadakı hava zərbələri ilə bağlı ictimaiyyətlə bölüşdüyü videolar təhlil edilərkən məlum olub ki, zərbələr endirilən 60 hədəfdən ancaq biri İŞİD qruplaşmasına aiddir.
AzPolitika.info-nun RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə “Bellingcat” araşdırmaçılar qrupu bildirib.
Oktyabrın 25-nə qədər Rusiya MN-in rəsmi “Youtube” kanalında yayımlanan videolar təhlil edilib, nəticədə onların əksəriyyətinin “İslam dövləti” (İŞİD) qruplaşmasına aid olmayan obyektlərin bombalanmasını əks etdirdiyi üzə çıxıb.
Digər 14 zərbənin Rusiyanın İŞİD hədəfi kimi göstərdiyi, lakin əslində başqa qruplara aid olduğu hədəflərə endirildiyi deyilir.
Qeyd olunur ki, aviazərbələr əsasən Xama, İdlib və Latakiya vilayətlərindəki hədəflərə endirilir ki, bu vilayətlərdə İŞİD mövqeləri mövcud deyil.


Şərhlər