Rusiya prezidenti Vladimir Putin oktyabrın 28-də Moskvada MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək.
AzPolitika.info-nun məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.
Bildirilir ki, MDB üzv-ölkələrinin xüsusi xidmət orqanlarının şurasının Moskavda keçiriləcək 39-cu iclası çərçivəsində Putin qonaqları qəbul edəcək.
Görüşdə Suriya və Əfqanıstandakı vəziyyətin müzakirə olunacağı bildirilir.
Azərbaycan MTN-indən bu iclasda kimin iştirak edəcəyi hələ mətbuata açıqlanmayıb.


Şərhlər