Mahir Abdullayevin işində yeni faktlar ortaya çıxıb
Fəaliyyəti dayandırılmış ABU-nun rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qardaşının işi ilə bağlı yeni faktlar açıqlayıb. O bildirib ki, Mahir Abdullayevin tapılması üçün MTN-nin general Akif Çovdarov ondan 10 milyon manat tələb edib:
“Akif Çovdarov qardaşım MTN zabiti Mahir Abdullayevin geri qaytarılması üçün nə az, nə çox məndən 10 milyon dollar pul tələb edirdi, yaxın dostu və qohumu Fəttahla gedib Moskva hesabıma keçirməmi tələb edirdi. Mən isə qohum-əqrabadan güc-bəla ilə toplayıb Akf Çovdarova qardaşımı geri qaytarması ücün 2,8 milyon dollar verə bildim. Bundan qəzəblənən Akif Çovdarov məni Novxanıya bağ evinə gizli, dolanbac yollarla dəvət etdi. Mən onun bağ evinə gələndə onun

Qeyd edək ki, MTN zabiti Mahir Abdullayev 2003-cü ildən yoxa çıxıb.


Şərhlər