Menu

Rusiya Ermənistana pilotsuz uçuş aparatları yerləşdirir

28.10.2015, 13:30
Rusiya Ermənistana pilotsuz uçuş aparatları yerləşdirir

Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi Ermənistandakı 102-ci hərbi bazaya müasir kəşfiyyat aparatları olan “Orlan-10” pilotsuz təyyarələri yerləşdirəcək.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni aparatlar istənilən meteoşəraitdə müşahidə aparmaq qabiliyyətinə malikdir.

“Orlan-10” komplekslərinin əsas özəllikləri istənilən hava şəraitində 120-600 kilometr məsafədə və 5 kilometrə qədər yüksəklikdə tətbiq oluna bilməsidir”, - hərbi mənbələr bildirir.

“Orlan-10” aparatı Türkiyə ilə sərhəddə müşahidə aparmaq üçün nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol