Menu

“Sağlam Yaşa” Masallıda əhəmiyyətli tədbir keçirib - Fotolar

28.10.2015, 15:41
“Sağlam Yaşa” Masallıda əhəmiyyətli tədbir keçirib - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 27 oktyabr 2015-ci il tarixində Masallı rayonunda Sağlam həyat (regionlarda zərərli vərdişlərin profilaktikası) mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbiri giriş sözü ilə Masallı rayon Gənlər İdarəsinin müdiri Camal Manafov açaraq tədbir iştirakçılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Təşkilatın İcraçı direktoru Tələt Qəribov problemin aktuallığından və onun fəsadları barədə geniş məruzə ilə çıxış etdi. Rayon Ağsaqqallar Şürasının sədr müavini Ələşrəf Niftiyev çıxış ederək dövətimizin bu problemlərin həllində gördüyü işlərdən bəhs edərək, bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışaraq belə tədbirlərin davamlı xarakter daşımasını arzuladı. Tədbirdə Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Habil Sadiqov, Rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burxanov və ekspert Sadiq Həsənov mövzu ətrafında çıxışlar etmişdilər. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər, papaq və köynəklər paylanmışdır.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery ids="165909,165910,165911,165912,165913,165914"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol