Menu

"Qazprom"la imzalanan svop müqavilənin texniki detalları hazırlanır - SOCAR

29.10.2015, 12:07
"Qazprom"la imzalanan svop müqavilənin texniki detalları hazırlanır - SOCAR

Rusiyanın "Qazprom" şirkəti ilə SOCAR arasında qaz nəqlinə dair svop müqavilənin texniki detalları hazırlanır.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R, Abdullayevin sözlərinə görə, hələlik müqavilənin nə vaxt imzalanacağı məlum deyil:

Qeyd edək ki, “Qazprom”un Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcəyi nəzərdə tutulur. Həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq. 2016-cı ildən isə həmin qaz Dağıstana nəql olunaraq Muxtar Respublikanı qazla təmin edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol