Menu

FİFA prezidentliyinə 7 namizəd var

29.10.2015, 19:34
FİFA prezidentliyinə 7 namizəd var

FİFA prezidentliyi uğrunda 7 namizəd mübarizə aparacaq.

FİFA-nın rəsmi məlumatına görə, bunlar UEFA prezidenti Mişel Platini, UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Liberiya Futbol Federasiyasının prezidenti Musa Biliti, FİFA-nın keçmiş baş katibi Jerom Şampan, Cənubi afrıkalı iş adamı Tokyo Sexvale və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifədir.

Qeyd edək ki, Platini FİFA-dakı korrupsiya qalmaqalına görə istintaqa cəlb olunduğundan vəzifəsindən 90 günlük kənarlaşdırılıb və bu onun seçilməsini əngəlləyə bilər.

FİFA-da prezident seçkiləri gələn il fevralın 26-ı keçiriləcək. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol