Menu

“Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün hər şey ediləcək” - Hulusi Akar

30.10.2015, 10:45
“Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün hər şey ediləcək” - Hulusi Akar

“Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün lazım olan hər şey ediləcək”.

Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar APA-nın Türkiyə müxbirinə bildirib.

Qərargah rəisi bildirib ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir.

“Torpaqlarımızın 20%-i hələ də erməni işğalı altındadır. Torpaqların işğaldan azad edilməsi üçün Türkiyə ilə Azərbaycan müştərək addımlar atacaqmı” sualını H. Akar belə cavablandırıb: “Hər şey çox gözəl olacaq. Buna əmin olun. Əlimizdən nə gəlirsə, mütləq edəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol