Bu barədə AzNews.az-a başqan özü məlumat verib. O, bu dəqiqələrdə DSK-dan ona sözügedən qərarı bildirdiklərini deyib: “Elə bu dəqiqələrdə Dairə Seçki Komissiyasından mənə bildiriblər ki, sizin müraciətiniz qəbul olunmayıb. Orada yersiz və əsassız arqumentlərlə mənim müraciətimin qəbul olunmaz olduğunu bildiriblər. Dairə Seçki Komisiyası mənim namizədliyimi geri götürməyimi qadağan etdi. Bu, gülünc qərardır”.
* * *
Müsavat partiyasının başqanı Arif Hacılının noyabrın 1-i Milli Məclisə keçiriləcək parlament seçkilərində iştirakından imtina ilə bağlı yazdığı ərizə 33 saylı-Xətai Birinci Seçki Dairəsində qəbul edilib.
Bu barədə AzNews.az-a açıqlmasında sədrin özü deyib. O, bildirib ki, ərizə 33 saylı-Xətai Birinci Seçki Dairəsinin sədrinə təqdim edilib: “Ərizə ilə müraciət etdim. Dairə Seçki Komissiyası ərizəmi qəbul etdi”.
Maraqlıdır ki, İsa Qəmbərin seçkidən imtina ərizəsi 15 saylı Yasamal birinci seçki dairəsi tərəfindən rədd edilib. Eləcə də oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında parlament seçkilərini boykot etmək haqda qərarını da MSK qəbul etməyib. Belə olan halda Arif Hacılının ərizəsinin qəbul edilməsi maraq doğurur.


Şərhlər