Menu

Avtomobilli hissə-hissə söküb satanlar tutulub

31.10.2015, 21:45
Avtomobilli hissə-hissə söküb satanlar tutulub

Bakıda avtomobilin hissələrini sökərək oğurlamış şəxslər tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Yasamal rayon Polis İdarəsi 28-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Elşən Atamoğlanova məxsus “VAZ-2107 markalı avtomobilin hissələrini sökərək oğurlamış Bakı şəhər sakinləri Ağarəsul Əzimov və əvvəllər məhkum olunmuş Elvin Əzimov tutulublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol