Menu

“Bu qǝlǝbǝ hamımızındır” - Davudoğludan qələbə şərhi

01.11.2015, 23:34
“Bu qǝlǝbǝ hamımızındır” - Davudoğludan qələbə şərhi

Ədalət və İnkişaf Partiyasının (AKP) lideri və baş nazir Əhməd Davudoğlu, seçki qǝlǝbǝsi haqda ilk olaraq vǝtǝni Konyada çıxış edib.

Musavat.com xəbər verir ki, seçki nǝticǝlǝri açıqlandıqdan sonra paytaxt Ankaraya gǝlmǝzdǝn öncǝ evinin qarşısında toplanan xalqa müraciǝt edǝn Davudoğlu; “Bu qǝlǝbǝ hamımızındır. Qələbə millətimizə aiddir” deyib.

Növbǝti 4 ildə dǝ xalqa xidmət edǝcǝyini ifadǝ edǝn Davudoğlu, Bu qǝlǝbǝdǝ ǝmǝyi olan bütün vǝtǝndaşlardan razı qaldığını bildirib və birlikdǝ nǝhǝng hǝdǝflǝr istiqamǝtindǝ irǝlilǝyǝcǝklǝrini vurğulayıb. O, sözlǝrini “Bu gün həm qǝlǝbǝ, həm də təvazökarlıq günüdür” deyərək tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol