Menu

Saxta pulla ərzaq alan şəxslər tutuldu

02.11.2015, 19:01
Saxta pulla ərzaq alan şəxslər tutuldu

Tərtər rayonunda mağazadan saxta əskinas verərək ərzaq məhsulları almış şəxslər tutulublar.

Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Qanboy Tanrıverdiyevə məxsus mağazaya gələrək 1 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq saxta əskinas verib ərzaq məhsulları almış rayon sakinləri Fərid Məmmədli və Səxavət Axundlu tutulub.

Əməliyyat-axtarış tədbirləri zəminində F.Məmmədlidən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq, 34 ədəd 10 manatlıq, S.Axundlunun yaşadığı mənzilə baxış zamanı isə 1 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol