Menu

Moskva-İrəvan avtobusunda ölənlərin sayı artır

03.11.2015, 11:21
Moskva-İrəvan avtobusunda ölənlərin sayı artır

Ötən gecə Moskva-İrəvan reysi ilə hərəkət edən sərnişin avtobusu Tula şəhərində qəzaya uğrayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tula vilayətinin qubernatoru Vladimir Qruzdyev sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfərin həlak olduğunu, 47 nəfərin xəsarət aldığını bildirib.

Qubernator avtobusda ümumilikdə 63 nəfərin olduğunu bəyan edib: “Bu dəhşətli qəzada 8 nəfər həlak olub. Onların hamısı Ermənistan vətəndaşıdır”.

Tula vilayətinin xəstəxanalarında 35 yaralı müalicə alır. Onlardan 10-nun vəziyyəti xüsusilə ağırdır.

Məlumata görə, “Don” yolunun Uzlovsk rayonunda baş verən qəza zamanı “Hyundai” markalı avtobus aşıb. Ehtimallara görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxuya getməsi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol