Menu

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycandakı seçkilərə qiymət verdi

03.11.2015, 11:41
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycandakı seçkilərə qiymət verdi

“Azərbaycanda seçkilər sakit və nizamlı şəkildə keçirilib və seçicilərin yüksək fəallığı onların Azərbaycanda demokratiya və yaxşı idarəçiliyə töhfə vermək istəməsinin göstəricisidir”.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçirilən seçkilərlə bağlı yayılan bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, İƏT parlament seçkilərinin müvəffəqiyyətlə təşkil olunması münasibətilə Azərbaycan Respublikası hökumətini və xalqını təbrik edir.

Qeyd edək ki, İƏT baş katibi Azərbaycan hökuməti tərəfindən alınan dəvətə və İƏT Xartiyasına uyğun olaraq 1 noyabrda Azərbaycanda keçirilən parlament seçkilərinə müaşhidə missiyası göndərmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol