Menu

Çin və Tayvan liderləri görüşəcəklər - 1949-сu ildən bəri ilk dəfə

03.11.2015, 23:03
Çin və Tayvan liderləri görüşəcəklər - 1949-сu ildən bəri ilk dəfə

Sinqapurda Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin və Tayvan prezidenti Ma İntzsyu arasında görüş keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə “The Guardian” qəzeti Tayvan liderinin nümayəndəsinə istinadən yazıb.

Bu, 1949-cu ildən bəri, vətəndaş müharibəsindən sonra Çin və Tayvan liderlərinin ilk görüşüdür. “Tərəflər birgə maraq doğuran məsələləri müzakirə edəcək. Görüşün məqsədi iki ölkə arasında sülh və əmin-amanlığı təmin etməkdir”, deyə Ma İntzsyunun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb. Tərəflər mətbuat üçün açıqlama da verməyəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol