Menu

"İran yalnız amerikalı siyasətçiləri ölümlə hədələyir" - Xamenei

04.11.2015, 09:25
"İran yalnız amerikalı siyasətçiləri ölümlə hədələyir" - Xamenei

"Amerikaya ölüm" şüarı Amerika xalqına qarşı deyil, amerikalı siyasətçilərə yönəlib".

"Report" AP-yə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri ayətulla Əli Xamenei bildirib.

Xamenei və İran hökuməti əvvəlki kimi ABŞ-a şübhə ilə yanaşır və onun siyasətinə ölkə üçün təhlükə mənbəyi kimi baxır. O, həmçinin təkrarən xəbərdarlıq edib ki, nüvə sazişinə baxmayaraq ABŞ-a etibar etmək olmaz.

Dini liderin fikrincə, Birləşmiş Ştatlar İranı məhv etmək üçün imkan əldə etdikdə "utanmayacaq".

"ABŞ siyasətinin mahiyyəti əvvəlkinin davamıdır və xalq bunu unutmayacaq", — deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol