Menu

Neft Emalı Zavodunun inşasına 2,1 milyard dollar xərclənib

04.11.2015, 11:00
Neft Emalı Zavodunun inşasına 2,1 milyard dollar xərclənib

Zavodda aparılan işlərin 35%-ə yaxını artıq görülüb

Türkiyədə SOCAR-a məxsus STAR neft emalı zavodunda inşaat işlərinə indiyədək 2,1 mlrd. dollara yaxın vəsait yatırılıb.

“APA-Economics”in məlumatına görə, bunu “SOCAR Türkiyə Enerji A.Ş” şirkətinin (SOCAR-ın törəmə müəssisəsi) rəhbəri Kənan Yavuz bildirib.

K. Yavuzun sözlərinə görə, STAR-da aparılan inşaat işlərinin 35%-ə yaxını artıq görülüb.

Qeyd edək ki, inşaat işlərinin 2018-ci ilin mart ayında yekunlaşdırılması və zavodun fəaliyyətə başlanılması nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol