Menu

Baş nazir istefa verdi

04.11.2015, 14:11
Baş nazir istefa verdi

Etirazçılar onları korrupsiyaya himayədarlıq etməkdə günahlandırırlar

Rumıniyanın baş naziri Viktor Ponta istefa verib.

"Report" "France Press"ə istinadən xəbər verir ki, bu haqda hakim Rumıniya Sosial Demokratik Partiyasının təmsilçisi Liviu Draqnea bildirib.

Baş nazirin istefa verməsinə səbəb ölkə paytaxtı Buxarestdəki "Colectiv" adlı gecə klubunda baş verən yanğın olub.

Oktyabrın 31-də baş verən həmin hadisə nəticəsində 32 nəfər həyatını itirib, 200-ə yaxın insan müxtəlif dərəcədə yanıb.

Qeyd edək ki, Buxarestdə və ölkənin başqa şəhərlərində yanğınla bağlı etiraz yürüşü keçirilib. Aksiya iştirakçıları baş nazir Viktor Ponta və daxili işlər naziri Qabriel Oprinin istefasını tələb edirdilər. Etirazçılar onları korrupsiyaya himayədarlıq etməkdə günahlandırırlar. Aksiya iştirakçıları bildirib ki, baş nazir və daxili işlər nazirinin bu əməli nəticəsində gecə klubunda faciə baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol