Menu

Hökumət Tofiq Yaqubluya 24 min avro təzminat ödəyəcək

05.11.2015, 20:19
Hökumət Tofiq Yaqubluya 24 min avro təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Palatası Tofiq Yaqublunun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb. APA-nın məlumatına görə, məhkəmə Avropa İnsan Haqları Konvensiyasının azadlıq və şəxsi toxunulmazlıq hüququnu əks etdirən 5-ci maddəsinin 1-ci paraqrafının pozulmasını təsdiqləyib.

AİHM 20 min avro dəyərində mənəvi və 4 min avro dəyərində digər xərclər üçün təzminatla bağlı qərar çıxarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol