Menu

Keçmiş nazirin meyiti oteldə tapıldı

07.11.2015, 11:12
Keçmiş nazirin meyiti oteldə tapıldı

Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesinin meyiti oteldə tapılıb. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Vaşinqtondakı “Dupont” otelinin işçiləri keçmiş nazirin meyitini otağında aşkarlayıblar.

Vaşinqton polisinin məlumatına əsasən, M. Lesin noyabrın 5-də ölüb. Faktla bağlı cinayət işi açılıb. Hazırda Rusiyanın Vaşinqtondakı səfirliyi yerli polislə birgə hadisəni araşdırır.

Qeyd edək ki, istintaqın ilkin məlumatına görə, keçmiş nazir ürək çatışmazlığından dünyasını dəyişdiyi deyilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol