Menu

Azərbaycandan milyonluq alış

07.11.2015, 13:22
Azərbaycandan milyonluq alış

"SOCAR"ın Yunanıstanın DESFA qazpaylayıcı şirkətini alması ilə bağlı məsələ tezliklə öz həllini tapa bilər.

ANS PRESS-in məlumatına görə, İtalyan şirkəti Snam DESFA-nın səhmlərinin 17%-ni almaq təklifi ilə rəsmən Yunanıstan hakimiyyətinə müraciət edib. Bu o deməkdir ki, 2013-cü ildən təkilf olunan DESFA ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında dondurulmuş saziş yenidən imzalana bilər .

Yunanıstanın rəsmi mətbuat orqanlarının yayadığı məlumata görə Yunanıstanın dövlət əmlakını idarə edən fond DESFA şirkətinin səhmlərinin 17%-ni almaq istəyən İtalyanın Snam şirkətindən rəsmi təklif alıb.

Eyni zamanda Yunanıstanın Energetika və Ətraf mühit naziri Panos Skourletisin sözlərinə görə , SOCAR-ın DESFA-nın 49% səhmlərini alması üçün Avropa şirkətlərindən biri Yunanıstanın qazpaylayıcısının 17% səhmini almalıdır. Nazir bildirir ki, yeni səhmdarın seçimi zamanı SOCAR səs vermə hüququna malikdir.

2013-cü ildə Yunanıstanın dövlət əmlakını idarə edən fond Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin DESFA qaz operatorunun 66%-ni almaq üzrə olan sazişi təsdiqləyib. SOCAR DESFA şirkətinin 31% səhmini Yunanıstan hökumətindən, 35%-ni isə "Hellenic Petroleum" almaq istəyir.

Amma razılaşmanın imazalanması məsələsinə Avropa Komissiyası qarışıb və sazişi dondurub. Komissiya bildirib ki, SOCAR DESFA-nın yalnız 49%-ni ala bilər. Bundan sonra Azərbaycan tərəfi Yunanıstan şirkətində almaq istədiyi səhmlərin həcmini azalmağa və 17%-ni başqa şirkətlərə satmağa razılıq verib.

Avropa komissiyası

Yunanıstan KİV-lərinin məlumatına görə, bununla əlaqədar olaraq, artıq DESFA digər qaz operatorları ilə də danışıqlar aparmaq fikrindədir. Potensial alıcılar arasında Belçikanın"Fluxys" və Niderlandın "Gasunie" şirkətləri var.

"Snam" - İtaliyanın nəhəng qaz şirkəti "ENİ"nin törəməsidir. Əsasən, tikinti, idarəetmə və energetika infrasturkturu xidməti ilə məşğuldur. Şirkət neft-qaz bazarında Azərbaycan partnyorları ilə fəal əməkdaşlıq edir.

"Snam"ın icraçı direktoru Karlo Malakarne bu il iyul ayında şirkətin TAP-ın 20% səhmini almaq niyyətində olduğunu bildirmişdi.

Karlo Malakarne - "Snam" şirkətinin direktoru

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) - dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir.

SOCAR - Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında yaradılıb. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol