Menu

Nalbandyan Parisdə Qarabağla bağlı danışıqlar apardı

07.11.2015, 14:52
Nalbandyan Parisdə Qarabağla bağlı danışıqlar apardı

Parisdə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ABŞ-ın dövlət katibinin müavini Entoni Blinken Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə görüşdə Qarabağ probleminin sülh yolu ilə nizamlanması ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli əməkdaşlığı, bir sıra regional və beynəlxalq məsələlər barədə də danışıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol