İŞİD terror təşkilatına qoşulmaq istəyən Azərbaycanda saxlanılan Rusiya vətəndaşının ekstradisiya proseduru üçün Rusiya tərəfi ilə danışıqlar aparılır. ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə Ziyadxanov Əhmədxan İdrisoviç barədə sənədlərin verilməsi üçün Rusiya tərəfinə müraciət edilib. Hüquqi proseduralar həyata keçirildikdən sonra Ziyadxanov Əhmədxan İdrisoviç Rusiyaya ekstradisiya olunacaq.
ANS PRESS-in xatırladır ki, ötən gün Azərbaycan sərhədçiləri İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya vətəndaşını saxlayıblar.
Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci il tarixdə “Baki-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb.
Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün AR və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

Şərhlər