Rusiya Böyük Britaniyanın milli təhlükəsizliyinə əsas təhlükələr sırasında yer alıb. Musavat.com-un məlumatına görə, bu barədə “The Times” nəşri yazıb.
Rusiya təhlükəsi İŞİD terrorçuları, Ebola virusu, Avropaya miqrant axını kimi təhlükələrlə birgə siyahıya daxil edilib. Bu siyahı əsasında da ölkənin milli təhlükəsizlik strategiyası tərtub edilir.
Britaniyanın baş naziri Devid Kemeronun sənədi noyabrın 23-də təqdim edəcəyi gözlənilir.
O da bildirilir ki, Rusiya əsas təhlükələr siyahısına Ukraynaya münasibətdə apardığı siyasətə, Kalininqradda hərbi mövcudluğunu gücləndirməyə və Suriyadakı əməliyyatlarına görə salınıb.

Şərhlər