Menu

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

10.11.2015, 09:20

Oil-Commodity-Market8oilDünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,42 dollar yaxud 0,95% ucuzlaşaraq 43,87 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,23 dollar və ya 0,49% ucuzlaşaraq 47,19 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol