Menu

“ABŞ-ın məqsədi Rusiyanın nüvə potensialını sıradan çıxarmaqdı”

11.11.2015, 00:11

putuonRusiya prezidenti Putin, Soçidə silahlı qüvvələrlə bağlı təşkil edilən toplantıda ABŞ-ı ittiham edib. Putin ABŞ-ın Avropada qurduğu raketdən müdafiə sistemlərini ölkəsinə təhdid kimi dəyərləndirib: “ABŞ-ın əsl məqsədi, Rusiyanın nüvə potensialını təsirsiz hala gətirməkdir. Rusiya müdafiə sənayesi hər cür hava müdafiə sistemini təsirsiz hala gətirəcək yeni sistemlər üzərində çalışır”,- deyə Putin bildirib.

Putin bu addımların ABŞ-dan gələcək təhdidləri dəf etmək üçün atıldığını qeyd edib.(azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol