Bu gün noyabrın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 11-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0503 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0001 manat və ya 0,01% artaraq 1,1302 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,23% azalaraq 0,0161 manat səviyyəsində qərarlaşıb.
Noyabrın 11-də 1 ABŞ dolları 1.0504 manata yüksəlmişdi.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları (ABŞ) dollarının məzənnəsi son 7 ayda ən yüksək həddini aşıb. Belə ki, sonuncu dəfə aprelin 20-də 1 dollar 1,0502 manata bərabər olmuşdu.


Şərhlər