Menu

MTN əməliyyat keçirdi: iki nəfər həbs edildi

12.11.2015, 16:07

HebsAzərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.

Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr İdarəsindən bildirilib. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol