Menu

Tanınmış özbək məhbus azadlığa buraxıldı - Kerrinin səfərindən sonra

12.11.2015, 16:30
Tanınmış özbək məhbus azadlığa buraxıldı - Kerrinin səfərindən sonra

Özbəkistanda tanınmış siyasi məhbus, 1994-cü ildən həbsxanada yatan Murad Curayev azadlığa buraxılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Curayev ölkədə fəaliyyəti qadağan edilən “Azadlıq” partiyasından deputat seçilib. Onu 1994-cü ildə dövlət çevrilişinə cəhddə ittiham edərək 12 azadlıqdan məhrum ediblər. Bundan sonra həbs müddəti uzadılıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 64 yaşlı Curayev Daşkənd yaxınlığındakı həbsxanadan buraxılıb və yaxşı əhval-ruhiyyədədir. Özbəkistan KİV-lərinin məlumatında onun azadlığa buraxılması qərarının ABŞ-ın dövlət katibi Con Kerrinin ölkəyə səfəri zamanı prezident İslam Kərimovla görüşündən sonra baş tutduğu qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol