Azərbaycan MDB məkanında qızıl-valyuta ehtiyatlarının azalması sürətinə görə 2-ci yerdədir. Fins.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın “Kursiv” nəşri yazıb. Nəşrin hazırladığı hesabatda bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın məzənnəsini sabit saxlamaq üçün ehtiyatlarının 49%-i qədər və yaxud 6,74 milyard dollar pul xərcləyib. Bunun kökündə əsasən neftin ucuzlaşması dayanır: “Hazırda AMB-nin ehtiyatları 7 milyard dolları ətrafında, ölkənin ehtiyatları isə 42 milyard dollardır”.
Əksər ölkələrin ehtiyatları azalıb
Nəşr yazır ki, Azərbaycandakı vəziyyət MDB-nin əksər ölkələrində təkrarlanıb və milli valyutanı dəstəkləmək qızıl-valyuta ehtiyatlarının azalması hesabına mümkün olub.
1. Rusiya
Valyuta etiyatlarının azalmasına görə, ən pis vəziyyət Rusiyadadır. Ukrayna ilə müharibə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində MDB məkanının əsas ölkəsinin qızıl-valyuta ehtiyatları 9 ay ərzində 14,19 milyard dollar azalıb.
2. Azərbaycan
Bu ilin 9 ayında Azərbaycan Mərkəzi Bankının 49% və ya 6,74 milyard dollar azalıb.
3. Qazaxıstan
Rusiya və Azərbaycandan sonra 3-cü yerdə Qazaxıstan qərarlaşıb. Amma bu ölkənin mərkəzi bankı yanvar-sentyabr aylarında valyuta ehtiyatlarının cəmi 3,1%-ni və yaxud 871 milyon dollarımı xərcləyib.
4. Belarus
Yanvar-sentyabr aylarında Belarusun valyuta ehtiyatları 430 milyon dollar azalıb.
5. Moldova
İlin ilk 9 ayında Moldovanın valyuta ehtiyatları 387 milyon dollar azalıb. Ehtiyatlarının həcmi 2 milyard dollardan za az olan Moldova üçün bu böyük rəqəmdir.
6. Qırğızıstan
MDB məkanında valyuta ehtiyatlarını ən qənatlə xərcləyən Qırğızıstan olub. Bu ilin əvvəlindən Qırğızıstan qızıl-valyuta ehtiyatlarının cəmi 148 milyon dollarını sərf edib.
7. Ukrayna
Ağır vəziyyətdə olan Ukrayna isə əksinə, valyuta ehtiyatlarını artırıb. Son məlumatlara görə, Ukraynanın ehtiyatları ilin əvvəlinə nisbətən 5,24 milyard dollar yüksəlib.
8. Ermənistan
MDB-də valyutaehtiyatlarını artırabilən ölkələrdənbiridə Ermənistandır. “Kursiv”in hesabatına görə, ilin əvvəlindən indiyədək Ermənistanın ehtiyatları 250 milyon dollar yüksəlib. Amma, deyildiyi kimi, bu ilin əvvəlindən bəri baş verən dəyişmədir. Son aylar Ermənistanın da ethiyatları azalmaqdadır. Təkcə sentyabrda bu ehtiyatlar 20 milyon dollar aşağı düşüb.
Hesabata görə. hazırda MDB məkanında valyuta ehtiyatlarının məbləğinə görə, 1-ci yeri Rusiya, sonuncu yeri isə Ermənistan tutur.
MDB ölkələrinin valyuta ehtiyatları
| 1 | Rusiya | 371,27 milyard dollar |
| 2 | Qazaxıstan | 27,39 milyard dollar |
| 3 | Ukrayna | 12,77 milyard dollar |
| 4 | Azərbaycan | 7,01 milyard dollar |
| 5 | Belarus | 4,63 milyard dollar |
| 6 | Moldova | 1,77 milyard dollar |
| 7 | Qırğızıstan | 1,7 milyard dollar |
| 8 | Ermənistan | 1,62 milyard dollar |
Qeyd edək ki, hesabat hazırlanarkən ölkələrin mərkəzi banklarının ehtiyatları nəzərə alınıb. Bu dövrdə Azərbaycan Mərkəzi Bankının ehtiyatları 7 milyard dollar təşkil edib. Amma Dövlət Neft Fondunun valyuta ehtiyatlarını da nəzərə alsaq, ilk 9 ayın nəticələrinə görə, Azərbaycanın ümumi valyuta ehtiyatları 41,8 milyard dollar təşkil edib.
Reytinq cədvəlləri hazırlanarkən Özbəkistan, Türkmənistan və Takicistanın göstəriciləri nəzərə alınmayıb.


Şərhlər