İki nəfərin əl baqajında sənədsiz meyvə və düyü olub.
Rusiyaya gedən azərbaycanlıların baqajı yandırılıb. Bakıdan Tümenə gedən sərnişinlərin əl baqajına od vurulub. Ans press-in məlumatına görə, Tümen hava limanı Roşinoda azərbaycanlı sərnişinlərin əl baqajında təzə meyvə və düyünün olduğu deyilir.
"Rosselxoznadzor"un (Baytarlıq və Fitosanitar nəzarət federal xidməti) verdiyi məlumata görə, bu məhsullar Bakıdan Tümenə uçan iki azərbaycanlı vətəndaşına məxsus olub.
Yüklərə baxış zamanı ümumilikdə 11 kiloqram təzə meyvə, 22 kiloqram isə düyü aşkar edilərək götürülüb. Buna səbəb kimi həmin məhsulların fitosanitar sənədlərinin olmaması göstərilir.
Ümumiyyətlə, Rusiya fitosanitar sertifikatı olmayan məhsulların ölkəyə idxalına icazə vermir. Həmin qaydaya əməl edilmədikdə gətirilən mallar yandırılır, onu gətirən sərnişinlər isə, hətta, bəzi hallarda məsuliyyətə belə cəlb olunurlar.


Şərhlər