Menu

“İŞİD-in öz qüdrətini artırmasına son qoyulub” - Obama

14.11.2015, 00:27

Barack ObamaİŞİD terror qruplaşmasının öz güc və qüdrətini artırmasına artıq son qoyulub. Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama terror təşkilatının mövcud durumunu şərh edərkən bildirib.

Obama hesab eləmir ki, İŞİD qüvvə toplayaraq güclənməkdədir. “Mən düşünmürəm ki, onlar güclənir... Onlar daha İraqda ərazi tutmurlar. Suriyada da həmçinin – daxil olub çıxırlar” – qeyd edib Ağ Ev başçısı.

Amerika prezidentinin sözlərinə görə, ABŞ bu qruplaşmanın cilovlanması yolunda çox şeyə nail olub, “ancaq görüləsi işlər də çoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol