Menu

Təbriz küçələri belə dalğalandı - (VİDEO) 

15.02.2014, 14:12
Təbriz küçələri belə dalğalandı - (VİDEO) 

Məlum olduğu kimi, futbol üzrə İran çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” klubu bir ilkə imza atıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Təbriz təmsilçisi tarixində ilk dəfə İran Kubokunun sahibi olub.

Belə ki, “Traktorsazi” həlledici mərhələdə Kirman şəhərini təmsil edən “Mis”in qonağı olub. “Bahünər” stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə “Traktorsazi”dən Səid Dəqiqi vurub. Bu futbolçu, həm də matçın ən yaxşı oyunçusu da seçilib.

Qeyd edək ki, “Traktorsazi” İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.

“Traktorsazi”nin bu qələbəsi Təbrizdə böyük sevinclə qarşılanıb. Doğma klubu qarşılamaq üçün Təbriz küçələrinə on minlərlə adam çıxıb. Həmin qarşılanmadan videokadrları təqdim edirik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol