Azərbaycanın Fransadakı Səfirliyi bu barədə xəbər verib.
İlkin məlumata görə Fransada baş verən hadisələrlə bağlı ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bunu ANS-ə açıqlamasında Azərbaycanın Fransdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Nigar Hüseynova bildirdi.
Onun sözlərinə əsasən, Səfirlik baş vermiş hadisələrlə bağlı təhlükəsizlik tədbirlərini gücləndirilib və qaynar xətt yaradıb:
"Bildiyiniz kimi, hadisə gecə radələrində törədilib. Biz də bununla bağlı dərhal qaynar xətt yaratmışıq. İndi bütün gücümüzü baş vermiş bu terror hadisələrində azərbaycanlının olub-olmadığını araşdırmağa səfərbər eləmişik. Səfirlik olaraq, zərərçəkənlərə, xüsusən də, əgər bunlar Azərbaycan vətəndaşı olarsa, bacardığımız köməkliyi göstərməyə hazırırq", - deyə qurum rəsmisi əlavə etdi.


Şərhlər