Vergilər Nazirliyi spirtli içkilərin nağdsız qaydada satışı ilə bağlı qanuna edilmiş dəyişikliyə aydınlıq gətirib.
“Marja”nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında vergilər nazirinin 1-ci müavini Natiq Əmirov bildirib ki, tütün məmulatları necə satılırdısa, elə də, nağd qaydada satılacaqdır.
“Tütün məmulatlarının satışı həm də sosial layihədir. İnsanlar, xüsusilə yaşlı insanlar siqaretdən tez-tez istifadə edirlər. Rayonlarda, kəndlərdə də siqaretdən istifadə edən vətəndaşlar çoxdur. Siqaretlərin nağdsız qaydada satılması kimi bir tələb yoxdur.
Alkoqollu içkilər isə sosial məsələ deyil. Bir çox Avropa ölkələrində alkoqollu içkilər ixtisaslaşdırılmış mağazalarda satılır. Mümükün qədər onların satışı məhdudlaşdırılır. Bütün dünyada alkoqollu işkilərin satışına nəzarət mexanizmləri fikirləşirlər, amma hələlik ideal variant tapılmayıb.
Bu günə qədər Azərbaycanda 84 minə qədər POS-terminal quraşdırılıb. Bu gün əgər hansısa kənddə POS-terminal yoxdursa, ölkədə kifayət qədər quraşdırıla biləcək POS - terminal var. POS-terminalın quraşdırılması pulsuz həyata keçirilir. Sahibkarların heç bir xərci çıxmır. Digər tərəfdən, pensiyaçılar daxil ölkədə 60 milyon plastik kart var. Bu bizə imkan verir ki, alkoqollu içkilərin satışını plastik kartlar vasitəsilə keçirək. Biz düşünürük ki, bu sahədə əhəmiyyətli irəliləyişə nail olacağıq. Çünki nağd qaydada alkoqollu içkilərin satışına çox ciddi inzibati cərimələr nəzərdə tutulur. Eyni zamanda Cinayət məcəlləsində müvafiq maddələr nəzərdə tutulub”.


Şərhlər