- Fransa polisi Parisin Saint-Denis bölgəsində paytaxtda törədilən qətliamda iştirak etdiyi iddia olunan iki nəfəri öldürüb.
Musavat.com xəbər verir ki, bir qadın isə özünü partladıb. Partlayış əsnasında yoldan keçən bir nəfər də həyatını itirib.
İntihar edən qadının hücumların əsas təşkilatçısı Ebayudun həyat yoldaşı və ya qohumu olduğu ehtimal edilir.
Əməliyyatda 7 nəfər saxlanılıb.
Ölənlər və yaralananlar haqqında hələlik heç bir informasiya verilmir.
Bəzi iddialara görə, qətliamın təşkilatçısı olan və "İnterpol" tərəfindən axtarılan Əbdülhəmid Ebayud canlı olaraq, ələ keçirilib.


Şərhlər