Menu

"Qalatasaray"da şok ayrılıq: Hamzaoğlu getdi

18.11.2015, 23:26
"Qalatasaray"da şok ayrılıq: Hamzaoğlu getdi

Türkiyənin "Qalatasaray" klubunun rəsmiləri gözlənilməz qərar verib. ANS PRESS-in məlumatına görə, "aslan"lar komandanın bir çox uğurlarına imza atmış baş məşqçisi Hamza Hamzaoğlu ilə ayrılmağa qərar verib.

Hamzaoğlu ilə münasibətlərin qarşılıqlı şəkildə pozulması barədə məlumatı klubun rəsmi saytı yayıb. Nədən bu qərara gəlindiyi barədə açıqlama verilmir. Klub rəsmiləri komandada gördüyü işlərə görə məşqçiyə təşəkkür edərək gələcək karyerasında ona uğurlar arzulayıb.

"Qalatasaray" klubu

45 yaşlı məşqçi "Qalatasaray"ın başına ötən ilin dekabrında keçmişdi. Onunla mövsümün sonuna qədər müqavilə imzalansa da, sonradan sözləşmənin müddəti daha 3 il artırılmışdı. Hamzaoğlu başa çatan mövsümdə "Qalatasaray"ya Türkiyə superliqasını, ölkə kubokunu və superkuboku qazandırıb.

1970-ci ilin yanvar ayının 15-də Yunanıstanda anadan olan Hamza Hamzaoğlu futbolçu karyerasına 1989-cu ildə “İzmirspor”da başlayıb. Hamza Hamzaoğlu futbolçu kimi yarımmüdafiəçi mövqeyində oynayıb.

O, 2 il İzmirdə futbol oynadıqdan sonra “Qalatasaray”a transfer olub. Hamza Hamzaoğlu 1992-93, 1993-94 mövsümündə “Qalatasaray”ın heyətində Türkiyə çempionu olub. O, ümumilikdə 104 dəfə geydiyi “sarı-qırmızılı” forma ilə 10 qol vurub. 1995-ci ildə “İstanbulspor”a transfer olunub. Daha sonra “Siirtspor”, “Yozqatspor”, “Alanyaspor”, “Konyaspor” və “Bəylərbəyi”nin heyətində oynayıb. Hamza Hamzaoğlu 1999-cu ildə futbolçu karyerasını bitirib. Bu illər ərzində yalnız 1 dəfə Türkiyə millisinin şərəfini qoruyan Hamzaoğlu nizam-intizamlı futbolçu kimi diqqət çəkib.

Hamza Hamzaoğlu “Qalatasaray”ın sayca 57-ci baş məşqçisidir. Buna qədər “sarı-qırmızılı” klubda 12 müxtəlif ölkədən 37 xarici və 19 türk mütəxəssis çalışıb. Hamza Hamzaoğlunun “Qalatasaray”ın baş məşqçisi kimi debütü dekabrın 3-də Türkiyə Kuboku yarışında “Eskişehirspor”la oyunda olacaq. Gənc mütəxəssisin Superliqadakı ilk rəqibi isə əvvəlki komandası “Akhisar” olacaq. Hamza Hamzaoğlu 2011-14-cü illər ərzində çalışdırdığı “Akhisar”da 112 oyunda 44 qələbə, 30 bərabərlik və 38 məğlubiyyət əldə etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol