Menu

“Rusiya Krımı qaytarmayınca sanksiyalar qüvvədə qalmalıdır...” - Viktoriya Nuland

18.11.2015, 23:48
“Rusiya Krımı qaytarmayınca sanksiyalar qüvvədə qalmalıdır...” - Viktoriya Nuland

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoroya Nuland Berlində təhlükəsizlik konfransında məruzə ilə çıxış edib. Musavat.com-un məlumatına görə, Nuland məruzəsində ilk növbədə diqqəti əsas təhdidlərə qarşı ABŞ-AB əməkdaşlığına yönəldib. Bu sıraya o, terrorizmi, Suriyadakı konflikti, Rusiyanın Ukraynadakı aqressiv xarici siyasətini aid edib.

Son terror aktlarından əziyyət çəkən ölkələr kimi Fransanın, Türkiyənin, Livanın və Rusiyanın adını çəkən diplomatın sözlərinə görə, terrorizmlə ayrı-ayrılıqda deyil, yalnız birgə mübarizə effektli ola bilər.

Nuland çıxışının böyük bir hissəsini Ukraynadakı münaqişəyə həsr edib. Onun fikrincə, Suriyadakı konflikt Balkanlardakı 90-cı illər müharibəsi, 11 sentyabr terror aktından sonra Əfqanıstan, Ebola epidemiyası, həmçinin, Ukraynaya Rusiya aqressiyasından müdafiəyə kömək məsələləri ilə yanaşı durur.

O, Rusiyanı məsuliyyətə cəlb eləmək üçün sanksiyaların effektli rıçaq olduğunu xüsusi qeyd edib. “Bu sanksiyalar Minsk anlaşması bütünlüklə yerinə yetirilənə, Rusiya Krımı qaytaranadək saxlanmalıdır” – qeyd edib Nuland.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol