Menu

​Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir

19.11.2015, 13:13
​Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli dekabrın əvvəlində Azərbaycana səfər edəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

O, noyabrın 19-da Şimali Amerika və Avropa ölkələrinə iki həftəlik səfərə yola düşüb.

Nazirin səfəri Kanadadan başlayacaq, oradan Nyu-Yorka gedərək, BMT-nin sülhməramlı missiyasının rəhbərliyi ilə görüşəcək.

Tinatin Xidaşeli ABŞ-dan Avropaya səfər edəcək. Nazir iki həftəlik səfərinin sonunda Bakıya gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol