Menu

“Sağlam Yaşa” Saatlıda əhəmiyyətli tədbir keçirib - Fotolar

19.11.2015, 21:30
“Sağlam Yaşa” Saatlıda əhəmiyyətli tədbir keçirib - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 18 noyabr 2015-ci il tarixində Saatlı rayonunda Sağlam həyat ( regionlarda zərərli vərdişlərin profilaktikası) mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbiri giriş sözü ilə Saatlı rayon İcra hakimiyyətinin nümayəndəsi Gündüz Bəxtiyar oğlu açaraq tədbir iştirakçılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Təşkilatın İcraçı direktoru Tələt Qəribov problemin aktuallığından və onun fəsadları barədə geniş məruzə ilə çıxış etdi. Saatlı rayon Heydər Əliyev mərkəzinin direktoru Əzizağa Quliyev cıxış edərək bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışdı və bu kimi tədbirlərin davamlı xarakter daşımasını arzuladı. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər və köynəklər paylanıb.

[gallery columns="5" ids="171531,171532,171533,171534,171535"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol