Menu

Azərbaycan milliyyətçiliyin qəhrəmanlaşdırılmasına qarşı çıxdı - Qətnamə

20.11.2015, 12:50
Azərbaycan milliyyətçiliyin qəhrəmanlaşdırılmasına qarşı çıxdı - Qətnamə

Azərbaycan BMT-nin milliyyətçiliyin qəhrəmanlaşdırılması ilə mübarizə haqqında qətnaməsinin lehinə səs verib.

"Report" BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, BMT Baş Assambleyasının iclasında Azərbaycanla birgə, daha 126 ölkə qətnamənin lehinə səs verib, 53 ölkə bitərəf qalıb.

Qətnamənin əleyhinə səs verənlər isə ABŞ, Palau, Kanada və Ukrayna olub.

Qeyd edək ki, bu sənədi qəbul etməklə, Baş Assambleya irqi və milli inanclar əsasında olan neonasizm, neofaşizm və zorakı millətçi ideologiyaların dəstəklənməsi və dirçəlişini pisləyib, bu cür hallara heç bir halda haqq qazandırılmayacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol