Menu

Bakıda nurçulara qarşı əməliyyat keçirilib

20.11.2015, 13:41
Bakıda nurçulara qarşı əməliyyat keçirilib

Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Yasamal rayonunda nurçuluq təriqətinin üzvlərinə qarşı əməliyyat keçirib. “Report”un əldə etdiyi məlumata görə, Moskva prospekti ev-75, mənzil 78 ünvanına baxış zamanı nurçuluğu təbliğ edən 70-dən artıq ədəbiyyat aşkarlanıb.

Bundan başqa, nurçuluq təriqətinin 10-dan artıq üzvü saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol